“Vətən şəhidlərimizlə fəxr edir”
    • 27-09-2021, 09:44
    • 379

“Vətən şəhidlərimizlə fəxr edir”

Xəbər verdiyimiz kimi, 27 sentyabr - Anım Günü ilə əlaqədar Təzəpir məscidində Vətən müharibəsi şəhidlərinin anım mərasimi başlayıb.

News24.az xəbər verir ki, anım mərasimində QMİ sədri Allahşükür Paşazadə çıxış edib:

“Vətən Müharibəsinin başlanmasından bir il ötür. Uca Allahın köməyi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu ötən ilin bu günü ayağa qalxdı, beynəlxalq hüququn təmin edə bilmədiyi şərəfli vəzifəni həyata keçirdi. Ordumuz dünya hərb tarixində Şuşa qalasının alınması kimi şanlı səhifə yazdı. Haqq savaşımızın mübarək tarixi hər bir azərbaycanlının qürur mənbəyidir. Bu tarixi günün xalqımızın yaddaşında önəmi böyükdür. Qələbəmiz naminə qurbanlar verdik. İgidlərimiz canlarını fəda etdi. Şəhidlərimizi rəhmət duaları ilə yad edirik, ailələrinə baş sağlığı veririk. Şəhid olan əsgər və zabitlərimizə Allahdan rəhmət, qazilərimzə şəfa diləyirik". 

Şeyx qeyd edib ki, Vətən müharibəsi zamanı din xadimləri arasında da şəhid olanlar olub:

"Cıdır düzündəki çıxışı zamanı möhtərəm Prezident din xadimlərinin qələbəki töhvəsini xüsuliə qeyd etdi. Vətən şəhidlərimizlə fəxr edir. Allah 30 illik vətən həsrətinə son verən Qarabağ fatehi İlham Əliyevi öz qüdrəti ilə hifz etsin, bayrağımzı bayraqlar arasında daim uca etsin. Dövlətçiliyimiz, müstəqilliyimiz əbədi olsun”.