Bu gün Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin təməli qoyulacaq
    • 27-09-2021, 10:09
    • 398

Bu gün Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin təməli qoyulacaq

“Əziz həmvətənlər! Düz 1 il bundan əvvəl Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədək bizim döyüş mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutmuşdu”.

News24.az xəbər verir ki, bunu bu gün Prezident İlham Əliyev 27 Sentyabr – Anım Günü ilə əlaqədar xalqa müraciətində bildirib.

Dövlət başçısı bildirib ki, bu hücum nəticəsində mülki şəxslər ilk saatlarda həlak olub: “Mənim əmrimlə Azərbaycan ordusu genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb. 44 gün davam edən müharibədə tam qələbə qazanıb. Bu gün Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin təməli qoyulacaq. Şəhərimizin ən gözəl yerlərinin birində İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə möhtəşəm abidə ucaldılacaq”.