Gülüstan Əliyeva 30 ildən sonra şəhid yoldaşının məzarını ZİYARƏT ETDİ - FOTO
    • 27-09-2021, 11:19
    • 296

Gülüstan Əliyeva 30 ildən sonra şəhid yoldaşının məzarını ZİYARƏT ETDİ - FOTO

Əməkdar artist Gülüstan Əliyeva 1991-ci ildə Qarabağ müharibəsində şəhid olan həyat yoldaşı - Zahid Əhmədovun Cəbrayıl rayonundakı məzarını ziyarət edib. 

News24.az xəbər verir ki, sənətçi 30 ildən sonra  baş tutan ziyarəti haqda bu sözləri yazıb: "Bu gün böyük qələbəyə gedən yolun başladığı gündür. Düz 30 il əvvəl I Qarabağ müharibəsində vətən, torpaq deyərək canını qurban edən Daxili İşlər Nazirliyinin zabiti, Cəbrayılımın igid oğlu Zahid Əhmədovun ruhu şaddır. Düşmən tərəfindən dağıdılmış müqəddəs ziyarətgahda məzarını tapdım. Burada yatanların ruhu şad olsun. Allah şəhidlərimizə rəhmət eləsin", - o yazıb.