Koronavirusa yoluxan tanınmış həkim süni komadan ayıldı
    • 29-09-2021, 12:18
    • 340

Koronavirusa yoluxan tanınmış həkim süni komadan ayıldı

Koronavirusa yoluxan tanınmış cərrah Niyazi Eminovun vəziyyəti yaxşılaşmağa doğru gedir.

News24.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.

Bildirilib ki, həkimlər N.Eminovu süni komadan ayıldıblar: “Niyazi Eminovun vəziyyəti yaxşılaşmağa doğru gedir. Uzun fasilədən sonra ailəsi ilə əlaqə saxlayıb, danışıblar”.

Qeyd edək ki, N.Eminov bir müddət əvvəl COVID-19-a yoluxub. Vəziyyəti ağır olduğuna görə süni tənəffüs aparatına qoşulmuşdu. O, əvvəlcə "Yeni Klinika"da müalicə olunub. Daha sonra Mərkəzi Gömrük Hospitalına köçürülüb. /Report.az/