-
- 29-09-2021, 12:27
- 332
Prokurorluq orqanlarında işləmək istəyənlərin nəzərinə
Azərbaycan gənclərinin cəmiyyətdə layiqli yer tutmasını, onların dövlət idarəetməsində yaxından iştirak etməsini təmin edən və Azərbayсan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən dövlət gənclər siyasətinə uyğun olaraq “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə əsasən Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 80 ştat vahidi üzrə 31.05.2021-ci il tarixdə elan edilmiş müsabiqə ilə bağlı sənədlərin elektron qaydada qəbulu prosesi 30.09.2021-ci il tarixdə saat 18:00-da başa çatdırılacaq.
Sənədlərini təqdim etmiş namizədlər üçün test imtahanı Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə 08 oktyabr 2021-ci il tarixdə saat 10:00-dan və 15:00-dan başlayaraq 3 saat müddətində Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Nəsimi rayonu Abdulvahab Salamzadə küçəsi 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən inzibati binasında keçiriləcəkdir. Namizədlərə imtahanda iştirak etməli olduqları vaxt barədə Baş Prokurorluğun Kadrlar idarəsi tərəfindən əvvəlcədən məlumat veriləcək.
Müsabiqədə iştirak edəcək namizədlər buraxılış rejiminin vaxtında həyata keçirilməsi üçün imtahana 1 saat əvvəl gəlməli və şəxsiyyət vəsiqəsinin əslini təqdim etməlidirlər. İmtahan kompüterlər vasitəsilə elektron qaydada aparılacaq və imtahan bitdikdən sonra namizədə nəticələri haqqında arayış təqdim olunacaq.
İmtahanın keçirilməsi qaydalarına dair məlumat “Yaddaş kitabçası”nda əks olunacaq. Namizədlərin “Yaddaş kitabçası” (yüklə) və test imtahanında kompüterdən istifadəyə dair Təlimatla (yüklə) tanış olmaları zəruridir.
Test tapşırıqlarının hazırlanmasında istifadə edilmiş qanunların və digər normativ hüquqi aktların siyahısı 06 sentyabr 2021-ci il tarixdə kütləvi informasiya vasitələrində dərc edilmiş və Baş Prokurorluğun internet səhifəsində (www.genprosecutor.gov.az, www.prokurorluq.gov.az) yerləşdirilib.
Əlavə məlumat almaq üçün 437-28-56, 492-74-32, 492-06-82, 492-62-23 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.