-
- 30-09-2021, 17:46
- 380
Kommunal xidmət sahələri artan təhlükəli hava şəraitinə HAZIR OLMALIDIR
"Bu ilin sentyabr ayı əsasən bol yağışlı hava ilə seçilib. Mövsümün ilk qarı sentyabrın 26-da gecə saatlarında ölkənin dağlıq ərazilərini nazik ağ örpəyə bürüyüb. Belə ki, Şahdağda qarın hündürlüyü 1 sm olub".
Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva News24.az-a bildirib ki, sentyabr ayı ərzində düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında aylıq normanın 360, Qazax-Gəncə bölgəsində 158, Balakən Şəki zonasında 209, Lənkəran-Astara bölgəsində isə 179 faizini təşkil edib: "Ay ərzində 6 dəfə dolu hadisəsi müşahidə edilib. Çoxillik meteoroloji müşahidələrə əsasən ay ərzində Bakıda ən çox düşən yağıntı 2016-cı ildə 139.1 mm qeydə alınıb, bu da iqlim normasının 809 faizini təşkil edib. Havanın temperaturu isə əsasən komfort göstəricilər ətrafında dəyişib. Bununla yanaşı, ayın əvvəli ilə sonu müqayisə edildikdə böyük temperatur fərqinin olduğu görünür. Belə ki, Bakıda bu ay üçün maksimal temperatur sentyabrın 2-də 36.1 dərəcə, ən aşağı temperatur isə sentyabrın 26-da 13.7 dərəcə isti olub. Ayın 24-dən sonra temperatur iqlim normasından 3 dərəcə aşağı enib”.
Xidmət rəsmisi bildirib ki, ay ərzində Bakıda və Abşeron yarımadasında 61 mm miqdarında yağış yağıb, bu da aylıq normadan 3,5 dəfə çox olub: “Yalnız ötən iki sutka ərzində Bakıda 46 mm (normanın 276 faizi) yağıntının qeydə alındığını nəzərə alsaq, sürüşmələrə meyilli ərazilərə təsirlərin müəyyən edilməsi vacib olardı. Ümumilikdə, iqlim dəyişmələri fonunda artan təhlükəli hava-iqlim prosesləri, xüsusilə kommunal xidmət sahələrinin bu kimi hallara hazırıqlı olmasını tələb edir”.
U.Tağıyeva növbəti ayda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağını bildirib: “Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal edilir. Ayın əvvəlində şimal, şimal-şərq küləyi əsəcək, hava arabir tutqun və yağışlı olacaq. Bakıda və Abşeron yarımadasında gecələr havanın temperaturunun 11-16, gündüzlər 17-22, bəzi günlərdə 25 dərəcə isti olacağı gözlənilir. Şərqi Zəngəzur və Qarabağ bölgəsində gecələr havanın temperaturu 1-6, gündüzlər 9-14 dərəcə isti, dağlıq ərazilərdə gecə 3-8 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacaq. Mərkəzi-Aran zonasında isə gecələr havanın temperaturunun 11-16, gündüzlər 17-22, bəzi günlər 25 dərəcə isti olacağı gözlənilir”.