Həmkarları Səyyad Əlizadə ilə vidalaşmağa gəlmədi
    • 1-10-2021, 10:54
    • 6 375

Həmkarları Səyyad Əlizadə ilə vidalaşmağa gəlmədi

Koronavirusdan vəfat edən müğənni Səyyad Əlizadənin nəşi dəfn olunmaq üçün 1 saylı Kliniki Tibbi Mərkəzin moqundan  doğulduğu Füzuli rayonunun Babı kəndinə yola salınıb.

News24.az xəbər verir ki, ifaçı ilə vidalaşmaq üçün sənət yoldaşlarından yalnız əməkdar artist Yusif Mustafayev xəstəxanaya gəlib. Onun sözlərinə görə, mərhum ifaçının həmkarlarından bir neçəsi gecə saatlarında xəbəri eşitdikdən sonra 1 saylı Kliniki Tibbi Mərkəzə toplaşıblar. 


Həmkarı ilə vidalaşan Y.Mustafayev Səyyad Əlizadənin hər zaman dostcanlı, mərd biri kimi xatirələrdə qalacağını deyib: "Səyyadın sağalması üçün qurbanlar demişdik. Amma Səyyad getdi. Ümumiyyətlə koronavirusdan korifeylərimiz dünyasını dəyişdi".