Gürcüstanda Saakaşvilinin ölkəyə qayıtmaq səbəbini açıqladılar
    • 2-10-2021, 10:26
    • 429

Gürcüstanda Saakaşvilinin ölkəyə qayıtmaq səbəbini açıqladılar

"Gürcüstanın keçmiş prezidenti Mixael Saakaşvili ölkəyə çevriliş etmək üçün gəlib".

News24.az xəbər verir ki, bu sözləri hakim "Gürcü Arzusu" partiyasının sədri İrakli Kobaxidze deyib. O bildirib ki, Saakaşvili ölkədə iğtişaşlar  yaratmaq istəyib: "Buna görə də hüquq-mühafizə orqanları onun yeni cinayətinin qarşısını almaq üçün bütün tədbirləri gördülər".