Xarici İşlər Nazirliyi türkdilli ölkələri təbrik etdi
    • 3-10-2021, 12:11
    • 300

Xarici İşlər Nazirliyi türkdilli ölkələri təbrik etdi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi türkdilli ölkələri 3 oktyabr - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsasını qoyan Naxçıvan Sazişinin 12-ci ildönümü - Türkdilli Ölkələrin Əməkdaşlığı Günü münasibətilə təbrik edib.

News24.az xəbər verir ki, nazirlik bu barədə özünün tvitterdəki səhifəsində təbrik yayıb.

“3 Oktyabr-Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsasını qoyan Naxçıvan Sazişinin 12-ci ildönümü, Türkdilli Ölkələrin Əməkdaşlığı Günüdür. Bütün Türkdilli dövlətləri və xalqları bu münasibətlə təbrik edir və əməkdaşlığımızın hər zaman güclü olmasını diləyirik!”, - təbrikdə qeyd edilir.