Türkiyə və Rusiya prezidentləri arasında görüş başa çatıb
    • 19-11-2018, 18:40
    • 1 320

Türkiyə və Rusiya prezidentləri arasında görüş başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında görüş başa çatıb.

Görüş Türkiyə Prezidentinin Yıldız sarayının Mabeyn köşkündə keçirilib.
Liderlərin “Türk axını” layihəsi ilə yanaşı, ikitərəfli əlaqələrin inkişafına və Suriyadakı məsələləri müzakirə etdikləri ehtimal olunur.
Prezidentlərin görüşü mətbuat üçün qapalı keçib və saat yarım davam edib. 
Xatırladaq ki, noyabrın 19-da Vladimir Putin Türkiyəyə səfər edib.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin “Türk axını” layihəsinin ilk mərhələsinin tamamlanmasına həsr olunan tədbirdə iştirak ediblər.

//Report