Son sutkada yoluxanların sayı açıqlandı - 15 nəfər öldü

Son sutkada yoluxanların sayı açıqlandı - 15 nəfər öldü
SOSİAL

5-10-2021, 19:42

Mətn ölçüsü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 826 yeni yoluxma faktı qeydə alınıb, 1 597 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 487 204 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 467 043 nəfər müalicə olunaraq sağalıb, 6 599 nəfər vəfat edib, aktiv xəstə sayı 13 562 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 201, ötən müddət ərzində isə ümumilikdə 4 902 328 test aparılıb.