-
- 6-10-2021, 11:13
- 528
Polisi döyən şəxsin məhkəməsi başlayır
İsmayıllı rayonunda polisi döyən şəxsə cinayət işi açılıb.
Bu barədə News24.az-a rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, 24 iyul 2021-ci il tarixdə İsmayıllı şəhəri, Nizami küçəsində rayon polis şöbəsinin əməkdaşına qarşı zor tətbiq olunması faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq rayon prokurorluğunda istintaq aparılmışdır.
İstintaqla müəyyən edilmişdir ki, İsmayıllı RPŞ-nin DYP Bölməsinin yol patrul xidməti inspektoru Bəhram Bəhramlı İsmayıllı şəhərində xidmət apardığı zaman “BMW X5” markalı, 90-MP-065 dövlət qeydiyyat nişanlı avtomobili qayda pozuntusuna yol verildiyinə görə dayandırdıqda sürücü Ruslan Maxsudov avtomobildən enərək Bəhram Bəhramlıya müqavimət göstərməklə onun xidməti geyim formasını cırmış, həmçinin əlləri ilə üz və boyun nahiyəsinə zərbələr endirərək dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir.
Ruslan Maxsudov Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilmişdir.