Mərc oyunlarını reklam edən məşhurlar cəzalandırıldı
    • 6-10-2021, 12:00
    • 6 402

Mərc oyunlarını reklam edən məşhurlar cəzalandırıldı

İnstaqram platformasında mərc oyunlarını təbliğ edən Azərbaycanın tanınmış simaları məsuliyyətə cəlb olunub. 

News24.az olay.az istinadən xəbər verir ki, müğənni Sevil-Sevinc Səfərova, Damla, aktyor Sabir Sabiroğlu, Tik-Tok fenomeni İlqar Vuqaroğlu və başqa instaqram fenomenlərinin sosial şəbəkə hesablarında mərc oyunlarını təbliğ etdiyi üçün hər biri 500 manat məbləğində cərimələnib və onlar barəsində protokol tərtib olunub.

Bununla bağlı toplanan materiallar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. 

İş Nərimanov rayon məhkəməsinin sədr əvəzi, hakim Vüsal Qurbanovun icraatına verilib. Yaxın günlərdə işə baxılaraq qərar qəbul ediləcək.