Ötən sutka ərzində 13 yanğın
    • 6-10-2021, 12:07
    • 298

Ötən sutka ərzində 13 yanğın

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

News24.az FHN-in saytına istinadən verdiyi məlumata görə, in “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 13 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 4 nəfər xilas edilib, həmçinin Bakı şəhərinin Sabunçu rayonunda 1952-ci il təvəllüdlü Əliyev Oktay Əli oğlunun meyiti mənzildə bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.