Azərbaycanlı məşhur xanımlar tarixi obrazlarda - FOTOLAR
    • 8-10-2021, 15:07
    • 1 369

Azərbaycanlı məşhur xanımlar tarixi obrazlarda - FOTOLAR

Modelyer Şəlalə Maqsudova yeni layihəyə imza atıb.

News24.az
xəbər verir ki, Ş.Maqsudovanın 5 aydır üzərində işlədiyi tarixi geyimləri əks etdirən layihədə məşhur simalar yer alıb. 

Modelyer bildirib ki, geyimlər və obrazlar görənləri keçmişə aparacaq: "Tarixi silkələyib keçmişin şahanə əlbəsələrini sevdiyim insanlara geyindirdim. Hər geyimin üzərində ən xırda detallarınadək böyük zövq və həvəslə işlədim. İstədim hər kəs türk mədəniyyətinin, türk libaslarının, tarixi geyimlərin gözəlliyinin bir daha şahid olsun. Eyni zamanda sevilən məşhurlarımızı fərqli obrazlarda görsünlər".

Qeyd edək ki, kolleksiyada miniatür qadın papaqları, türk geyim mədəniyyətinin nümunəsi olan, əsasən sultan və xaqan xanımlarının geyindiyi libaslar, incə zövqlə işlənən kəmərlər, bəzəklər, eləcə də cəngavər, zirehli qadın geyimləri müasir dizaynda təqdim edilib.