Astarada qohumlar arasında dava düşdü, onlardan biri bıçaqlanaraq öldürüldü
    • 8-10-2021, 13:12
    • 363

Astarada qohumlar arasında dava düşdü, onlardan biri bıçaqlanaraq öldürüldü

 Astara rayonunda qohumlar arasında dava düşüb.

Hadisə Şəmətük kəndində qeydə alınıb.

Belə ki, ailə münaqişəsi zəminində Gülçöhrə həyat yoldaşının əmisi arvadı Mehribana bıçaq xəsarətləri yetirib. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

Qeyd edək ki, bir neçə ay əvvəl iki əmioğlu arasında münaqişə ölümlə nəticələnmişdi.

Faktla bağlı araşdırma aparılır. /Report/