Kadırov qızını nazir vəzifəsinə təyin etdi
    • 8-10-2021, 17:23
    • 285

Kadırov qızını nazir vəzifəsinə təyin etdi

Çeçenistanın başçısı Ramzan Kadırov qızı Aişat Kadırovanı ölkənin mədəniyyət naziri təyin edib.

News24.az RİA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin parlamenti spikeri Moqimed Daudov məlumat verib.

Qeyd edək ki, Aişat Kadırova 1998-ci ildə anadan olub. O, mədəniyyət nazirinin birinci müavini vəzifəsində çalışıb.