Ağakişi Kazımov dəfn olundu
    • 9-10-2021, 14:56
    • 826

Ağakişi Kazımov dəfn olundu

Azərbaycanın teatr rejissoru, Xalq artisti Ağakişi Kazımov dəfn olunub.

Mərhum "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

14.31

Təzəpir məscidində Azərbaycanın teatr rejissoru, Xalq artisti Ağakişi Kazımovla vida mərasimi keçirilib.

Mərasimdə mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə üzvləri iştirak ediblər.

Mərhum "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

A.Kazımov ötən gün dünyasını dəyişib.

Qeyd edək ki, Xalq artisti A.Kazımov 1935-ci ilin noyabrın 28-də anadan olub. /Report/

12.33
Ötən gün vəfat edən Azərbaycanın teatr rejissoru, Xalq artisti Ağakişi Kazımov "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

Bu barədə mərhumun yaxınları məlumat verib.

Bildirilib ki, dəfndən əvvəl Təzə Pir məscidində A.Kazımovla vida mərasimi keçiriləcək. Mərasimdən sonra Xalq artisti "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Xalq artisti A.Kazımov 1935-ci il noyabrın 28-də anadan olub. O, oktyabrın 8-də vəfat edib. /Report/