Azərbaycan Pakistanda beynəlxalq müdafiə sərgisində iştirak edəcək
    • 20-11-2018, 15:15
    • 572

Azərbaycan Pakistanda beynəlxalq müdafiə sərgisində iştirak edəcək

Azərbaycan bu il noyabrın 27-30-da Kəraçi şəhərində keçiriləcək 10-cu “The İnternational Defence Exibition and Seminar” (İDEAS) sərgisində iştirak edəcək.

DND agentliyi xəbər verir ki, ümumiyyətlə, sərgidə təşkilatçılarla yanaşı, Belarus, Ukrayna, Rusiya da daxil olmaqla 40-dan çox ölkənin iştirak edəcəyi gözlənilir.
İştirakçı ölkələrin yeni müdafiə təyinatlı məhsullarını təqdim edəcəyi İDEAS çərçivəsində müxtəlif mövzulara dair seminarlar keçiriləcək, hərbi əməkdaşlıq və silah alqı-satqısına dair müqavilələr imzalanacaq.
Qeyd edək ki, İDEAS 2000-ci ildən etibarən iki ildən bir keçirilir. Azərbaycanın İDEAS-2018-ə dəvət olunması daha əvvəl xəbər verilmişdi.

//Report