Opera və Balet Teatrı 113-cü mövsümə premyera ilə başladı - Fotolar

Opera və Balet Teatrı 113-cü mövsümə premyera ilə başladı - Fotolar
MƏDƏNİYYƏT / Foto

12-10-2021, 15:40

Mətn ölçüsü

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı rus bəstəkarı Aleksandr Borodinin “Qıpçaq rəqsləri” baletinin premyerası ilə 113-cü mövsümə başlayıb.

Teatrın mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, tamaşanın quruluşunu Mixail Fokinin xoreoqrafiyası əsasında Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Samir Səmədov həyata keçirib.

Baletin musiqi rəhbəri və dirijoru Xalq artisti, professor Yalçın Adıgözəlovdur.

Əsas rolları balet truppasının aparıcı solistləri - Əməkdar artist Nigar İbrahimova, Xalq artisti Gülağası Mirzəyev, truppanın gənc solistləri Fatimə Xələfova, Zəhra Tanrıverdiyeva və Seymur Qədiyev ifa ediblər.

Pandemiya qaydalarına ciddi surətdə əməl olunmaqla keçirilən tamaşa baletsevərlər tərəfindən böyük maraqla qarşılanıb. Tamaşada mədəniyyət naziri Anar Kərimov, nazirlik aparatının məsul əməkdaşları və çoxsaylı qonaqlar iştirak ediblər.