"Kaş atam da bu günü görərdi" - Şəhid övladları “Azerbaijan Kids Awards”da - FOTO -VİDEO
    • 12-10-2021, 17:07
    • 633

"Kaş atam da bu günü görərdi" - Şəhid övladları “Azerbaijan Kids Awards”da - FOTO -VİDEO

Ölkəmizdə ilk dəfə “Azerbaijan Kids Awards” layihəsi keçirilib.

News24.az xəbər verir ki, layihənin təsisçisi Pərviz Əzimzadədir. 

Təsisçi bildirib ki, “Azerbaijan Kids Awards”-ın məqsədi 3-17 yaş arası uşaq və yeniyetmələrə həvəsləndirici mükafatlar təqdim etməkdir: “Ən böyük məqsədimiz isə təbii ki, şəhid övladlarının mükafatlandırılması idi. Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Könüllüləri İctimai Birliyinin dəstəyi ilə 10 şəhid övladı seçildi və onlar da digər uşaqlarla birgə mükafata layiq görüldülər. 40-a yaxın uşaq mükafat aldı. Uşaqların namizədliyi valideynləri tərəfindən irəli sürülüb. Onların layihədə iştirakı münsiflər heyəti ilə birgə təsdiqlənib. Münsif heyətinin sədri tanınmış dəb dizayneri Aygün Ağamalı, üzvləri sevilən aktyor-yazıçı Bəhram Bağırzadə, şairə-yazıçı Leyla Ələkbərova, iş xanımı Elnarə Əliyeva, blogger Nigar Quliyeva, Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Elnur Kələntərov olub”.

Şəhid övladları arasında Aysun Həsənli Elşad qızı, Xansuvar Əsgərli Rüfət oğlu, Zəhra Vəlizadə Urfan qızı, Ramaldan Ramaldanov Babək oğlu,  Gülay  Mirzəyeva Elçin qızı, Nurlan Qənbərov Mehman oğlu, Günel Əliyeva Rəfael qızı,  Ağasəlim Axundzadə Mirzə oğlu, Vüsal Məmmədli İmran oğlu, Kənan Nurzadə Rövşən oğlu mükafata layiq görülüblər.   

Həmçinin, Fərəh Quluzadə - “İlin vətənpərvər balaca rəssamı”, Fatimə Zeynalova - “İlin ən dəbli ulduzu”, Alika Ağamoğlanova - “İlin ən uğurlu face modeli və əlaçısı” və digər uşaqlar müxtəlif nominasiyalarda mükafatlandırılıblar. 

"Azerbaijan Kids Awards" layihəsinin informasiya dəstəyi News24.az-a məxsusdur.