-
- 13-10-2021, 09:32
- 429
Allahşükür Paşazadə Rusiyanın Patriarxına Səttar Bəhlulzadənin rəsmini hədiyyə etdi - FOTO - VİDEO
Moskvada Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə Moskva və Bütün Rusiyanın Patriarxı Kirill arasında görüş keçirilib.
News24.az xəbər verir ki, görüş Rusiya Patriarxlığının Müqəddəs Danil Monastrında baş tutub.
Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Şeyxülislam Allahşükür Paşazadə ilə sonuncu dəfə iki il bundan öncə görüşdüyünü xatırladıb: "Mən sizin üçün darıxmışam. Biz adətən sizinlə müntəzəm olaraq görüşürük. Bu görüşlər hər zaman mehriban, deyərdim ki, qardaşlıq atmosferində keçir. Bu müddət ərzində bir-birimizə qarşı inamlı atmosfer yaranıb. Bu çox vacibdir. Çünki biz sizinlə sadə olmayan məsələləri müzakirə edirik. Bu məsələ dini liderlərin görüşünün gündəliyində dayanır. 30 il ərzində, tanışlığımız dövründə elə bir hal, elə bir mövzu olmayıb ki, bizi ayırsın, gərginlik yaratsın. Biz həqiqətən də hər zaman müzakirə etdiyimiz məsələlərin həllini axtarıb tapmışıq, tapırıq və tapacağıq”.
Görüşdə şeyxülislam Allahşükür Paşazadə azərbaycanlı rəssam Səttar Bəhlulzadənin "Dağlar və bağlar" rəsmini Bütün Rusiyanın Patriarxı Kirillə hədiyyə edib.
Qeyd edək ki, Moskvada Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə Moskva və Bütün Rusiyanın Patriarxı Kirill arasında görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Rusiyada fəaliyyət göstərən iş adamı Qod Nisanov da iştirak edib.