Son sutkada 36 394 nəfər peyvənd olundu
    • 13-10-2021, 17:51
    • 275

Son sutkada 36 394 nəfər peyvənd olundu

Azərbaycanda son sutkada koronavirus əleyhinə 36 394 vaksin vurulub.

News24.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. 

Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 475, ikinci mərhələ üzrə 22 919 nəfərdir.

Vurulun vaksinlərin ümumi sayı 9 073 493, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 916 894, ikinci mərhələ üzrə isə 4 156 599 nəfər təşkil edir.