"O şəxsi sürücülük hüququndan məhrum etmək lazımdır" - Ekspert
    • 13-10-2021, 19:06
    • 314

"O şəxsi sürücülük hüququndan məhrum etmək lazımdır" - Ekspert

"Bugünki qəzanı törədən sürücünün sürücülük vəsiqəsi var. Bizim qanun 18 yaşı tamam olmuş hər şəxsə “A”, “A1”, “B”, “B1”, “C”, “C1” alt kateqoriyalı vəsiqələrin verilməsinə icazə verir. Belə hadisələr onu göstərir ki, bu, artıq təhlükəli tendensiyaya çevrilib və biz bunu qanunvericiliklə tənzimləyib elə bir vəziyyətə gətirməliyik ki, vətəndaş mütləq “B” kateqoriyasını almalıdır, ən azından 3 il təcrübə topladıqdan sonra “C” kateqoriyasına imtahan vermək hüququ qazanmalıdır. Eyni zamanda şərt qoyulmalıdır ki, “B” kateqoriyasını alan sürücünün adına maşın olmalı və onu ifarə etməlidir. Vəsiqəni evdə saxlayıb 3 il sonra “C” kateqoriyası üçün müraciət etməməlidir".

Bu sözləri News24.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.

O bildirib ki, kiçik tutumli avtomobili idarə edə bilməyən şəxs birbaşa iritutumlu avtomobilin sükanı arxasına keçməməlidir.: "Birbaşa iritutumlu avtomobil idarə etməyin səriştəsizliyi belə ağır fəsadlara yol açır: "İnsan 18 yaşında həyatı yeni dərk edir. Məsuliyyət və yük nə olduğunu tam dərk eləmir. Bu cür ağır maşını idarə etmək böyük riskdir. Cavanlar indidən belə yükün altına girməməlidir. Onlara müəyyən təcrübə dövrü vermək lazımdır. Əgər təcrübə dövründə ağır nəqliyyat vasitəsinin idarəsində qayda pozuntuları olmazsa, o zaman ona “C” kateqoriyası vermək olar. Yox, əgər həmin şəxs “B” kateqoriyası aldıqdan sonra avtoxuliqanlıq edərsə, yaxud spirtli içki içib sükan arxasına əyləşərsə, onu birdəfəlik sürücülük hüququndan məhrum etmək lazımdır. Əgər kiçiktutumlu maşını idarə edən şəxs qaydaları pozursa, demək, iritutumlu maşında ondan betərini edəcək. Bu baxımdan düünürəm ki, qanunvericiliyə bir daha baxılmalıdır. Qanunsuz yükdaşımalara, sərnişin daşınmalarına ciddi nəzarət olunmalıdır. Bunlara nail olmasaq, təbii ki, ağır fəsadlar qaçılmaz olacaq”.