Jurnalist intiharı necə yazmalıdır?
    • 13-10-2021, 19:07
    • 313

Jurnalist intiharı necə yazmalıdır?

Baş Prokurorluq və Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə prokurorluq orqanları ilə kütləvi informasiya vasitələri arasında işgüzar əlaqələrin möhkəmləndirilməsini, fəaliyyət istiqamətləri üzrə keyfiyyət və səmərəliliyin daha da artırılmasını, habelə məlumat mübadiləsi zamanı mövcud qanunvericiliyin tələblərinə əməl olunmasını təmin etmək məqsədilə prokurorluğun inzibati binasında “Media və Hüquqi Maarifləndirmə” mövzusunda tədbir keçirilib.

News24.az-ın məlumatına görə, tədbirdə intihar hallarının mediada işıqlandırılma forması da müzakirə edilib.

Bildirilib ki, intihar, qətl hadisələrindən yazarkən çox detallı təsvirə, emosionallığa yer verilməməlidir: “İntihar detallı, sensasiyalı təqdim edilməməli, intiharın səbəbi, üsulu, metodu izah edilməməli, intihar hadisəsi ilə bağlı fotoşəkillər, visual materiallar açıq-aşkar yayımlanmamalı, qeyd edilənlərin təqlid effekti yarada biləcəyi nəzərə alınmalı, riskli qrupların mövcudluğu unudulmamalıdır.