Şəmistan Əlizamanlı “Tərəqqi” medalı ilə təltif olundu
    • 16-10-2021, 15:18
    • 762

Şəmistan Əlizamanlı “Tərəqqi” medalı ilə təltif olundu

Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı təltif edilib.

News24.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Ş. Əlizamanlı Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.