Füzulidə düşmənin atıb qaçdığı raket sistemləri, avtomat təhvil verildi
    • 17-10-2021, 13:53
    • 258

Füzulidə düşmənin atıb qaçdığı raket sistemləri, avtomat təhvil verildi

Vətən müharibəsində zəfər qazanmağımızın bir ili tamam olur. Tariximizə yazılan 44 səhifəlik hünər dastanının hər günü parlaq qələbələrimizlə zəngindir. Vətən müharibəsinin 21-ci günü – oktyabrın 17-də Füzuli rayonu Silahlı Qüvvələrimiz tərəfindən düşmən işğalından azad edildi.

News24.az xəbər verir ki, ötən müddət ərzində Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində zəruri olan bütün tədbirləri yerinə yetirib, təhlükəsizliyin təmin edilməsi istiqamətində lazımi işlər görülüb.

İşğaldan azad edilən zaman düşmənin atıb qaçdığı silah-sursatlrın aşkar edilməsi istiqamətində görülən tədbirlər nəticəsində polis əməkdaşları tərəfindən 38 müxtəlif təyinatlı raket sistemləri, 39 avtomat, 9 pulemyot, 14 qumbaraatan, 118 qumbara, minaatan qurğusu, xeyli sayda müxtəlif çaplı mərmi və minlərlə güllələr aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Bundan başqa keçirilmiş kompleks tədbirlər nəticəsində işğaldan azad edilmiş Qacar kəndi ərazisində yabanı halda bitmiş çəkisi 217 kiloqram olan 1263 çətənə bitkiləri yığılaraq məhv edilib.