Əməkdar jurnalist vəfat etdi
    • 18-10-2021, 12:44
    • 425

Əməkdar jurnalist vəfat etdi

Əməkdar jurnalist Tamilla Haşımova vəfat edib.

Bu barədə News24.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

T.Aşumova uzun sürən xəstəlikdən sonra Rusiyanın paytaxtı Moskva şəhərində dünyasını dəyişib. Mərhum ötən gün torpağa tapşırılıb.

Qeyd edək ki, T.Haşımova uzun illər Azərbaycan Dövlət televiziyasında müxtəlif vəzifələrdə çalışıb, rus dilində verilişlər hazırlayan “Dostluq” baş redaksiyasına rəhbərlik edib. 2002-ci ildə isə Prezident təqaüdünə layiq görülüb.