Azərbaycan əhalisinin sayı açıqlandı
    • 19-10-2021, 11:56
    • 289

Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycanda demoqrafik vəziyyət açıqlanıb. 

Dövlət Statistika Komitəsindən News24.az-a verilən məlumata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 25948 nəfər və ya 0,3 faiz artaraq 2021-ci il sentyabr ayının 1-i vəziyyətinə 10145081 nəfərə çatmışdır.

Əhalinin 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.