Azərbaycanda ŞOK: 11 il müəllim işləyən qadın "patı" çəkirmiş - VİDEO
    • 19-10-2021, 12:42
    • 611

Azərbaycanda ŞOK: 11 il müəllim işləyən qadın "patı" çəkirmiş - VİDEO

Azərbaycanda 11 il orta məktəbdə müəllim işləyən qadının narkotik aludəçisi olduğu üzəbəlli olub.

News24.az xəbər verir ki, hal-hazırda narkomaniyadan müalicə alan qadın rəfiqələrinin təkidi ilə narkotikə qurşandığını bildirib:

"Uşaqlara dərs deyə bilmirdim. Əllərim əsirdi. 11 il işləmişəm, artıq 6 ildir işləmirəm. Ailənizin qədrini bilin, narkotik maddələrdən uzaq durun. 6 ilimi nahaq yeri itirdim.

Rəfiqələrim gətirirdi və görürdüm ki, istifadə edirlər. Hamısı istifadə edirdi, mənə də çox maraqlı gəldi. Onlara ağıl verirdim, sonra özüm də istifadə etməyə başladım.

Axır günlər görürdüm ki, canım gedir. 41 yaşım var və çox dəyişilmişəm. İndi görürəm ki, özümə gəlmişəm".