-
- 19-10-2021, 14:25
- 334
Sabirabadda qanunsuz işləyən baytarlıq apteki aşkarlandı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Sabirabad şəhəri, V. Əhmədov küçəsində fəaliyyət göstərən, Quliyev Əlikram Əlibala oğluna məxsus baytarlıq aptekində planlı yoxlama keçirib.
AQTA-dan News24.az-a verilən məlumata görə, yoxlama zamanı aptekin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı, satışı həyata keçirilən son istifadə müddəti bitmiş baytarlıq preparatları, həmçinin xüsusi temperatur rejimində saxlanılması tələb olunan vaksinlərin və bioloji stimulyatorların temperatur rejiminə əməl olunmadan saxlanıldığı aşkar olunub.
Aşkar edilmiş faktla bağlı aptek rəhbəri inzibati məsuliyyətə cəlb olunub, son istifadə tarixi bitmiş baytarlıq preparatları satışdan kənarlaşdırılaraq müvəqqəti saxlanca verilib. Araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.