DİN iki azyaşlının göbələkdən zəhərlənərək ölməsi barədə məlumat yaydı
    • 20-10-2021, 12:48
    • 419

DİN iki azyaşlının göbələkdən zəhərlənərək ölməsi barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) 2 uşağın göbələkdən zəhərlənərək ölməsi ilə bağlı məlumat yayıb.

News24.az-ın xəbərinə görə, DİN-in açıqladığı məlumatda bildirilib ki, oktyabrın 19-da saat 20 radələrində Qax rayonunun Tasmalı kəndində yaşayan Mübariz Qasımov, oğlu - 12 yaşlı Murad və qardaşı oğlu - 9 yaşlı İbrahimxəlil Qasımzadə qidadan (göbələk) zəhərlənmə ilə xəstəxanaya aparılıb.

Murad və İ.Qasımzadə orada ölüb, M.Qasımovun vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.