Facebook gələn həftə adını dəyişəcək
    • 20-10-2021, 14:11
    • 447

Facebook gələn həftə adını dəyişəcək

“Facebook” gələn həftə adını dəyişdirməyi planlaşdırır.

News24.az xarici mətbuata istinadən xəbər verir ki, bu qərarı facebook rəhbərliyi metakainat-ın qurulması yönündə diqqətini əks etdirmək üçün atmaq fikrindədir. 

Qeyd edək ki, şirkətin qurucusu Mark Zukerberqin virtual dünya metakainat planları barədə cari ilin iyul ayında məlum olmuşdu.

"İstifadəçilər bu virtual aləmdə bir-birini görüb-eşitməklə yanaşı, həm də fiziki olaraq hiss edə biləcəklər. Gələcəkdə siz mənim divanımda holoqram kimi otura bilərsiniz və bu həqiqətən də hiss olunacaq. Sanki biz müxtəlif ştatlarda olmağımıza baxmayaraq eyni yerdəyik", deyə o, bildirmişdi.

Şirkətin rəhbəri Mark Zukerberg hesab edir ki, metakainat yaradıcı peşə işçilərini, şəhərin mərkəzindən uzaqda yaşamaq və işləmək istəyənlər, həmçinin təhsil və ya rekreasiya obyektlərinə məhdud girişi olanlar üçün geniş imkanlar yaradacaq.

"theverge"