-
- 21-11-2018, 16:45
- 1 544
DİN-dən axtarışda olan meyxanaçı ilə bağlı açıqlama
Daxili İşlər Nazirliyi 2015-ci ildə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən axtarışa verildiyi qeyd edilən, və uzun müddətdir Rusiyada yaşayan, tanınmış meyxanaçı Vahid Qədimlə bağlı yayımlanan xəbərə reaksiya verib.
Nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə bildirib ki, Vahid Səfərovun (Qədim) BŞBPİ tərəfindən axtarışa verilməsi barədə yayılan xəbərlər həqiqəti əks etdirmir:
"Yayılan məlumatlarla bağlı qeyd etmək istəyirik ki, Vahid Səfərov paytaxt polisi tərəfindən deyil, Nizami Rayon İcra və Probasiya şöbəsindən daxil olan qərar əsasında, mülki-hüquqi öhdəliklərin icrasından yayınan şəxs kimi Xətai Rayon Polis İdarəsi tərəfindən axtarışa verilib. Ölkəyə qayıdacağı təqdirdə, saxlanılaraq adıçəkilən şöbəyə təhvil veriləcək”.
//a24.az