"Ermənistanda rus məktəbləri açılmayacaq" - Erməni nazir
    • 21-10-2021, 16:53
    • 361

"Ermənistanda rus məktəbləri açılmayacaq" - Erməni nazir

Ermənistanda rus məktəblərinin açılması müzakirə edilmir, ancaq ölkədə rus dilinin tədrisini gücləndirmək lazımdır".

News24.az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Vahram Dumanyan bildirib. 

Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Xaricdə Yaşayan Rus Həmvətənlərinin VII Dünya Konqresində çıxış edərkən Ermənista ölkədə rus dilinin mövqeyini gücləndirməkdə maraqlı olduğunu bildirmişdi.