Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
    • 21-10-2021, 16:54
    • 415

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 22-də gündüz cənub-qərb küləyi 15-18 m/s, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.

Bunu News24.az-a Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Azərbaycanın rayonlarında oktyabrın 22-də gündüz cənub-qərb küləyinin ayrı-ayrı rayonlarda arabir 18-23 m/s-dək güclənəcəyi gözlənilir.