"Rəhim mənim can yoldaşım idi" deyən şəhid xanımı ərinin ildönümündə ona qovuşdu - VİDEO
    • 22-10-2021, 13:29
    • 1 133

"Rəhim mənim can yoldaşım idi" deyən şəhid xanımı ərinin ildönümündə ona qovuşdu - VİDEO

Dünən şəhid mayor Rəhim Hüseynovun anım mərasiminə gedərkən yol qəzasında vəfat edən Günel Ələsgərova bir müddət öncə "Bizimləsən" proqramında qonaq olub. 

Mərhum şəhid xanımı həmin verilişdə o, həyat yoldaşı haqda ürək sözlərini paylaşanda bəlkə də ayrılıqlarının çox qısa, bir il olacağını hiss edibmiş: "Rəhim 36 yaşı bitəndə Əfqanıstandaydı. Gecə saat 12 olanda ona təbrik yazdım, yazdım ki, "sən mənim zəfərimsən". O da yazdı, niyə elə dedin? Yazdım ki, çünki mən həyatdakı hər şeyi səninlə qazanmışam. Səninlə tapmışam. Ad günün mübarək! O indi hamının zəfəri oldu. Mən ona "can yoldaşım" deyirdim. O, mənə tək həyat yoldaşı deyildi, qardaşım, arxam, dayağım idi. Ağlıma gəlməzdi ona nəsə olar. Tək həyat yoldaşımı yox, hər şeyimi itirmiş kimiyəm. Mənim üçün bu qədər böyük itkidir. Ən balaca oğlumuzun "ata" deməsini eşitmədi. O cəbhədə olanda uşağa "ata" deməyi öyrətdim. Sonuncu danışığımızda yorğun idi deyə onu uşaqlarla danışdırmadım. Amma indi çox peşmanam. Kaş ki, danışdırardım. Dedim, sabah yenə zəng vurar, onda danışarlar. Qoy onu tutmayım, dincəlsin. Nə biləydim sonuncu zəngidir..."