Polislər maska reydi keçirdi - FOTOLAR
    • 23-10-2021, 11:13
    • 286

Polislər maska reydi keçirdi - FOTOLAR

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində pandemiya qaydalarına riayət edilməsi məqsədilə profilaktik-maarifləndirmə tədbirlərini davam etdirirlər.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan News24.az-a verilən məlumata görə, rayon ərazisində yerləşən iri ticarət mərkəzlərində və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda keçirilən tədbirlər zamanı sahibkarlarla və sakinlərlə izahedici söhbətlər aparılıb, onlara tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi barədə tövsiyələr verilib. Həmçinin vətəndaşlara qapalı məkanlarda sosial məsafənin gözlənilməsinin pandemiyanın yayılmasının qarşısının alınmasında ən başlıca amillərdən olduğunu bildirən şöbə əməkdaşları, sakinləri müəyyən olunmuş qaydalara ciddi riayət etməyə çağırıblar.

Keçirilən tədbirlər zamanı bu qaydalara əməl etməyən şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.