-
- 25-10-2021, 09:22
- 825
Qubadlının işğaldan azad olunmasından 1 il ötür
Qubadlının Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən 1 il ötür.
News24.az xəbər verir ki, ötən ilin bu günü Müzəffər Azərbaycan Ordusu Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı əmin ərazilərdə dalğalandırıb.
Qubadlı şəhərinin işğaldan azad olunduğunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev “Twitter” hesabından elan edib.
Paylaşımda deyilirdi:
"Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"
Prezident İlham Əliyevin sərəncamı ilə Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.
Qeyd edək ki, Qubadlı rayonu 31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal müddətində Qubadlı şəhəri və rayonun kəndləri ermənilər tərəfindən dağıdılıb, tarixi, dini, mədəni abidələr, qəbiristanlıqlar məhv edilərək, vandallıq əməlləri törədilib.
İşğalçılar Qubadlının zəngin təbiətinə, flora və faunasına qarşı da ekoloji terror törədib, meşələri, nadir ağac və bitki növlərini qırıb, yandırıb.