Kürdəmirdə "parnik" yandı
    • 25-10-2021, 10:06
    • 281

Kürdəmirdə "parnik" yandı

Kürdəmir rayonunun Mollakənd kəndində ümumi sahəsi 13 ha olan istixananın tavan hissəsinə çəkilmiş sintetik örtük 1 ha sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, istixananın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.