-
- 22-11-2018, 09:59
- 629
Azərbaycan planeti necə isidir? - ARAŞDIRMA
Azərbaycan fəal şəkildə dünyanı isidən ölkələr sırasına daxil edilməyib, ancaq Azərbaycanın Yerin orta temperaturunun yüksəlməsində rolu Böyük Britaniya ilə müqayisədə üç dərəcə azdır.
Bu məlumat “Nature Communications” jurnalının araşdırmasında verilir.
2100-cü ilə qədər Azərbaycan Böyük Britaniya kimi, Yer kürəsinin üç dərəcə qızmasına “kömək edəcək”. Misal üçün, qonşu ölkələr – Gürcüstan, Ermənistan, Rusiya, İran, Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan orta temperaturun beş dərəcədən çox qalxması üzərində “işləyir”. ABŞ isə temperaturu dörd dərəcə qaldırır. Çin və Kanada orta temperaturun beş dərəcə yüksəlməsinə səbəb olur.
Alimlər əmin edir ki, 2100-cü ilə qədər temperaturun 1,5 dərəcədən yuxarı qalxmamasına çalışmaq lazımdır, əks halda iqlim fəlakəti qaçılmaz olacaq. Ancaq Afrika ölkələrini çıxmaq şərti ilə dünyada planetin “isinmə normasına” riayət edən az ölkə var. Qısası, bir çox Afrika ölkəsində sənaye inkişaf etməyib. Ancaq misal üçün, CAR-da sənayenin inkişafı sayəsində orta temperatur beş dərəcə qalxıb.
Qeyd edilib ki, Avropada ətraf-mühitə qarşı yalnız İsveçrə loyal siyasət aparır. Buradakı fəaliyyət nəticəsində temperatur 1,6 dərəcə qalxıb.
“Çin, Rusiya və Kanadanın ətraf mühitə qarşı hazırkı siyasəti bu yüzilliyin sonunda planetin orta temperaturunun beş dərəcə qalxmasına səbəb olacaq. Və bu, faciə deməkdir”, - araşdırmada deyilir.
//Oxu.az