Bakıda vəhşicəsinə öldürülüb meyiti doğranan gəlinin SON SÖZLƏRİ – Qatil hər şeyi danışdı
    • 25-10-2021, 11:09
    • 1 116

Bakıda vəhşicəsinə öldürülüb meyiti doğranan gəlinin SON SÖZLƏRİ – Qatil hər şeyi danışdı

Bakıda 32 yaşlı gəlinini qətlə yetirən, daha sonra meyiti parçalara bölərək zibil qutusuna atan 75 yaşlı İdris Məhərrəmovun məhkəmə prosesinin başa çatması barədə məlumat vermişdik.

News24.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən 32 yaşlı gəlilini amansızlıqla öldürüb meyitini hissələrə parçalayan və onları zibil yeşiyinə atan İdris Məhərrəmov 18 il müddətə azadlıqdan məhrum edilib. Bir neçə gün əvvəl başa çatan məhkəmə prosesində İdris Məhərrəmov hadisənin səbəbini, cinayəti necə törətməsini, meyiti necə doğrayıb zibil qutularının olduğu əraziyə aparmasını detalları ilə danışıb.

Onun tam ifadəsini təqdim edirik:
“Oğlum Fariz Məhərrəmov 2015-ci ildə Banı ilə ailə həyatı qurub, həmin vaxtdan o da bizimlə birlikdə Rəsulzadə qəsəbəsindəki evdə yaşamağa başladı. Onların 2016-cı ildə İdris adlı oğlu dünyaya gəldi. Lakin bundan sonra gəlinlə oğlum tez-tez ailə-məişət zəminində mübahisə etməyə başladılar. 2017-ci ildə Banı ilə Fariz arasında böyük narazılıqlar yarandığından gəlin 4-5 ay atasının Naxçıvan Muxtar Respublikasının Əliabad kəndindəki evində yaşadı. Bir müddət sonra Banının ailəsi və özü peşman olduqlarını bildirərək onun Bakıya qayıtmasını xahiş etdmş, gənc ailənin dağılmaması üçün bunu qəbul etdik. Banı gəldikdən təxminən 4-5 ay sonra yenə Farizlə və arvadımla mübahisələr etməyə başladı. 2018-ci ilin payızında onun ikinci oğlu dünyaya gəldi. Bundan sonra Banı daha da aqressivləşdi və digər ailə üzvlərimlə yanaşı mənimlə də söyüşlə danışmağa başladı. Mübahisələr qarşılıqlı xarakter almışdı və narazılıq böyümüşdü. Bununla əlaqədar Banının anasına zəng edərək qızını aparmasını dedik, anası gəlib Banını apardı və o, bir müddət Bakı şəhərində xalasıgildə yaşadı. Banının davranışlarına görə qızlarım ata evinə qonaq gələ bilmirdi. 2020-ci ilin yanvar ayının əvvəllərində Fariz Banını yataq otağında başqa kişi ilə telefonla danışanda tutdu. Lakin Banı telefonun kodunu demədiyi üçün onun kimlə danışmasını bilmədik. Oğlum Kanadaya getdikdən təxminən 4-5 ay sonra arvadım Banının başqa kişi ilə telefonla danışmasını müəyyən etdi və bu barədə mənə dedi. Həmin vaxt yoldaşım oğlanın nömrəsini telefondan götürüb onunla danışdı. Həmin şəxs Banının əvvəlcə həmin oğlanın dostu ilə telefonla danışmasını desə də, sonra həmin oğlanın özü ilə münasibət qurması məlum oldu. 2020-ci ilin yay aylarında Banı Binəqədi rayon polis idarəsinin 4-cü polis bölməsinə ərizə ilə müraciət edərək qızımı şərləyək onun pulunu götürməsini bildirmişdi, lakin onun dedikləri sübuta yetirilmədi. Qızım da Banının belə hərəkətlərinə görə evdən getdi və ayrılıqda yaşamağa başladı. 17 yanvar 2021-ci il tarixdə Banı arvadımla mübahisə edərək ona “sən burada yaşamayacaqsan, evi boşalt, səni görəndə əsəbləşirəm” dedi. Bu mübahisədən sonra 18.01.2021-ci il tarixdə arvadım 6-cı mikrorayonda yaşayan qızımın evinə getdi. Qızım tibb bacısı kimi növbədə olduğundan 24 yanvar 2021-ci ildə, axşam satlarında arvadı yaşadığı evə gəlmişdi, bir gün evdə qalaraq səhəri gün isə getmişdi. 18.01.2021-ci il tarixdən sonra Banıya başqa kişilərlə görüşməsinin qarşısını almaq məqsədilə darvazadan çölə çıxmağa icazə verməmişdim. Banı isə uşaqları ona verməyəcəyimdən qorxduğu üçün evdən çıxmırdı. 25.01.2021-ci il tarixdə saat 18 radələrində şəhərdən evə gələndə həyətimdə Banı ilə üzbəüz bir nəfər tanımadığım cavan oğlanın evin pilləkəninin qarşısında söhbət etdiklərini gördüm. Oğlandan kim olmasını soruşduqda o, tutularaq cavab verməmiş, Banı oğlanın qarşısına keçərək Məhəmməd dayısının oğlu olmasını dedi, oğlan da tələsik həyəti tərk etdi. Bundan sonra Banıya iradlarını bildirdikdə sonuncu şəxsi həyatının olduğunu, bunu qəbul etmədiyim halda arvadımın yanına getməyimi məsləhət bildiyini dedi. Həmin şəxsin Banı ilə qadın kişi kimi görüşməyə gəldiyini başa düşdüm və Banının oğlumla ailəli olduğu halda başqa şəxslərlə görüşməsinin ailəm adına ləkə gətirdiyi düşündüm”.
Həbs edilmiş 75 yaşlı kişi bundan sonra gəlini öldürməyə qərar verdiyini bildirib: “Əvvəllər də Banının boşanacağı halda məcburi qaydada eyni evdə yaşamalı olduğumuzu eşitmişdim və boşanacağı halda birlikdə yaşadığımız evdə daha da saymazyana başqa kişilərlə görüşəcəyini fikirləşərək özümdə qərarlaşdırdım ki, Banını öldürüm. 26.01.2021-ci il tarixdə, səhər saat 08 radələrində yuxudan oyanıb nəvələrimin paltarlarını dəyişdim, saat 09 radələrində nəvələrimə yemək verdim. Banı həmin vaxt öz otağında yatmışdı, saat təxminən 11 radələrində özümə məxsus “Hyundai, İX 35 markalı”maşınla tək 6-cı mikrorayonda “Araz market”in qarşısına gəzişməyə getdim, təxminən bir saat gəzdikdən sonra “Araz market”dən qaymaq, kəsmik və nanəli konfet alıb evə gəldim və nəvələrimlə oynadım. Nahardan vaxt keçsə də, uşaqlar hələ də nahar etməmişdilər. Banının uşaqlara yemək vermədiyindən əsəbiləşmişdim. Qonaq otağında oturan Banının “mən gedəcəm, bu evdə bir kişi yoxdur ki, məni başa düşə, mən də gəzmək istəyirəm. Kefim istəsə gedəcəm, heç kimdən asılacağım yoxdur” dediyini eşitdim. Banıya “özünə hörmət et” dedim, Banının dediklərindən çox əsəbiləşdiyimdən onu öldürmək fikri tam qətiləşdi. Banı canlı, cəsədli olduğu üçün bərk alət tapıb onu başından vurub sonra öldürməyi qərarlaşdırdım, bunun üçün həyətdən çəkici götürüb evə qalxdım. Bu vaxt nəvələrim yataq otağında telefonla oynayırdı, qapılaı da örtülü idi. Həmin vaxt saat 15-16 radələri olardı. Banının otağına getdi. O, arxası qapıya tərəf dayanıb paltarlar yığdığı zaman ona arxadan yaxınlaşdım, heç bir söz demədən çəkiclə başının arxa hissəsindən möhkəm iki dəfə çəkiclə vurdum. Banı zərbələrin təsirindən yerə yıxılıb “ata neyləmişəm məni vurdun?” dedi, mən də cavabımda “ailəmizi dağıtmısan, məni biabır etmisən! ona görə də vurdum” deyə cavab verdim. Çəkici yerə atıb Banını qollarından tutub sürüyərək qonaq otağına, oradan isə qapıdan kənara çıxartdım. Bu vaxt Banı mənə “ay ata mən nə etmişəm ki, məni vurdun?” dedi, Banıya “bundan artıq nə edəcəksən, sənə görə oğlum evdən çıxıb getdi, arvadım çıxıb getdi, qızlarım bizə gəlmir! yadına gəlirmi, sənə demişdim ki, sən bu formada kimin evində olsan səni boğub öldürərlər, sən də demişdin ki, ona dux lazımdır, bala indi duxum yerinə gəldi” dedim. Banı həmin vaxt danışsa da, tərpənə bilməyib. Banını pilləkənlərlə həyətə çıxardıb mətbəxə qayıdıb bıçağlı götürdüm. Onun yanına qayıtdım və bıçaqla qarnına dayanmadan 6-7 dəfə bıçaqla yuxarıdan aşağıya doğru zərbə vurdum, səsi kəsiləndən sonra öldüyünü anladım. Nəvələrim evdə olduğundan bu hadisəni görməyib. Əvvəl düşündüm ki, polis bölməsinə gedib Banını öldürdüyünü etiraf edim. Polis bölməsinə getdiyim halda nəvələrimin evdən çıxıb bu mənzərəni görüb qorxacaqlarını düşünüb arvadımla əlaqə saxlayıb uşaqları götürmək üçün gəlməsini istədim”. 

İfadələrdən məlum olur ki, İdris Məhərrəmov gəlini öldürəndən sonra onun bədənini bıçaq və balta ilə hissələrə bölüb. Bu zaman o, gəlinin gözlərini bıçaqla çıxardıb, dərisini soyub, qulaqlarını kəsib. Sümük hissələrini balta ilə doğrayaraq 5 ədəd torbaya yığıb.

Qeyd edək ki, bu il yanvarın 27-də paytaxtın Nəsimi rayonu Ə.İsgəndərov küçəsində məişət tullantıları qutularında hissələrə ayrılmış 30-35 yaşlı qadın cəsədinin olması barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi”nə məlumat daxil olub.

Araşdırmalarla məlum olub ki, 32 yaşlı Banı Məhərrəmova Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki yaşadıqları evdə qısqanclıq zəminində qayınatası, Babək rayon sakini İ.Məhərrəmov tərəfindən qətlə yetirilib. Daha sonra meyiti doğranaraq Nəsimi rayonunda yerləşən zibil qutusuna atılıb.