CİA üçüncü dünya müharibəsinin VAXTINI AÇIQLADI

CİA üçüncü dünya müharibəsinin VAXTINI AÇIQLADI
Dünya

25-10-2021, 12:16

Mətn ölçüsü

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) 2040-ci il üçün qlobal müharibə ehtimalını yüksək sayır.

News24.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə qurumun yeni dərc edilən hesabatında məlumat verilir.

Bildirilir ki, dünya savaşına səbəb iqlim dəyişiklikləri olacaq.

Hesabata görə, dövlətlər bu dəyişikliklər nəticəsində öz maraqları üçün yaranan təhlükələri müharibə yoluyla neytrallaşdırmalı olacaqlar. Bu zaman istifadə edilən klimatik silahlar isə iqlim vəziyyətini daha da mürəkkəbləşdirəcək.

Qeyd edək ki, ekspertlər uzun illərdir gələcəkdə su ehtiyatları uğrunda müharibələrin olacağını proqnozlaşdırırlar. /7news.az/