Həyat yoldaşı qarşısında diz çökdü, dedi ki... - Sevdanın TOYUNDAN VİDEO
    • 26-10-2021, 12:43
    • 1 384

Həyat yoldaşı qarşısında diz çökdü, dedi ki... - Sevdanın TOYUNDAN VİDEO

"Biz çox xoşbəxtik və hər kəsə belə xoşbəxtlik arzulayırıq". 

News24.az xəbər verir ki, bu sözləri ötən gün toy mərasimi keçirilən müğənni Sevda Yəhyayeva deyib. 

O, həkim Zakir Bayramovla ailə həyatı qurub. 

Toyda həyat yoldaşının Sevdanın qarşısıdna diz çökməsi və onun üçün səhnədə mahnı oxuması yaşayanan maraqlı anlardan olub. Təzə bəy Sevda üçün müğənni Zamiq Hüseynovla birgə “Mən səni sevirəm” mahnısını oxuyub. Xalq artisti Röya Ayxanın ifası zamanı isə Zakir Bayramov gəlininin qarşısında diz çökərək, ona sevgisini bir daha hər kəs qarşısında nümayiş etdirib. Sevdanın həyat yoldaşına qayğıkeşliyi isə diqqətlərdən yayınmayıb. Toy boyunca təzə gəlin həyat yoldaşının kostyumunu düzəldib, üzünü sığıllayıb. 

Sevda Yəhyayeva toy mərasiminin keçirildiyi zalda medianın çəkiliş etməsinə qadağa qoyması da narazılıqlara səbəb olub. Toy zamanı media mənsubları yalnız zalın foyesində öz vəzifələrini yerinə yetirmək məcburiyyətində qalıblar. Sevda və Zakir cütlüyü də xarici məşhurların toylarını xatırladan şəkildə foyeyə çıxaraq media mənsublarının suallarını cavablandırıblar. 

Qonaqlar da zalın əsas girişində jurnalsitlərə qısa zaman ayırıblar.