Manaf milyonluq villasını serial üçün icarəyə verdi

Manaf milyonluq villasını serial üçün icarəyə verdi
ŞOU-BİZNES

27-10-2021, 14:04

Mətn ölçüsü

İctimai TV-də yayımlanan “Simurq” serialının çəkilişləri müğənni Manaf Ağayevin villasında aparılıb. 

News24.az
OLAY-a istinadən xəbər verir ki, səs-küy yaradan və 12 bölüm ərzində tamaşaçı qarşısına çıxan ekran işindəki hadisələr sənətçinin milyonluq malikanəsində cərəyan edib. Belə ki, baş obrazlardan olan iş adamı Rzanın övladları, nəvələri ilə bağlı problemlər, müzakirələr orada əksini tapıb.  

Bunun üçün layihə ərsəyə gətirən prodakşınla sənətçi arasında danışıqlar olub, müğənni evini icarəyə verməyə razılaşıb. 

Qeyd edək ki, M. Ağayev bir neçə il bundan əvvəl villa aldığını, ora üçün 1 milyondan çox pul xərclədiyini demişdi.