Bu il 896 şəxs barəsində cinayət işinin istintaqı başa çatdırıldı - Baş Prokurorluq

Bu il 896 şəxs barəsində cinayət işinin istintaqı başa çatdırıldı - Baş Prokurorluq
HADİSƏ

27-10-2021, 15:32

Mətn ölçüsü

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununregemi həştəqi ilə məlumatlar yerləşdirilir.

Prokurorluqdan News24.az-a verilən məlumata görə, bu günün rəqəmi isə 896-dır.

Belə ki, 2021-ci ilin yanvar-sentyabr ayları ərzində 896 şəxs barəsində başlanmış cinayət işinin istintaqının yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilməsi təmin edilib. 

Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.