Elnur Musayev Avropa regionu üzrə İdarə Heyətinə üzv seçildi
    • 28-10-2021, 10:46
    • 1 148

Elnur Musayev Avropa regionu üzrə İdarə Heyətinə üzv seçildi

27 oktyabr 2021-ci il tarixdə Avstriyanın paytaxtı Vyana şəhərində BMT-nin Qərargahında  Azərbaycan Respublikasının üzv olduğu Beynəlxalq Anti-Korrupsiya Akademiyası beynəlxal təşkilatının Üzv Dövlətlərinin Onuncu Sessiyasının növbəti iclası keçirilib.

News24.az xəbər verir ki, onuncu sessiyada həmin beynəlxalq təşkilatın idarə edilməsi ilə bağlı mühüm qərarlar  qəbul edilmiş, o cümlədən  Akademiyanın rəhbər qurumu olan İdarə Heyətinə seçkilər keçirilib.

Avropa Regionundan Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Musayev Elnur Novruz oğlunun namizədliyi irəli sürülüb.

Namizədlər Beynəlxal Anti-Korrupsiya Akademiyasının növbəti illərdə inkişafı və nüfuzunun artırılması ilə bağlı platforma xarakterli təqdimatlarla çıxış ediblər.

Gərgin rəqabət şəraitində keçən seçkidə E.Musayev səs çoxluğu ilə Avropa regionu üzrə İdarə Heyətinə üzv seçilib.

Məlumat üçün bildiririk ki, Elnur Musayevə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 sentyabr 2021-ci il tarixli Sərəncamı ilə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.