16  yaşlı qızı “Facebook”-da  hərraca çıxarıb satdılar - FOTO
    • 22-11-2018, 13:55
    • 863

16 yaşlı qızı “Facebook”-da hərraca çıxarıb satdılar - FOTO

Cənubi Sudanda 16 yaşlı qız ailəsi tərəfindən Facebook sosial şəbəkəsində hərraca çıxardılaraq satılıb.

News24.az xəbər verir ki,  hökumət rəsmilərinin də yer aldığı hərracı qazanan şəxs,  16 yaşlı qızın ailəsinə  500 inək, 3 avtomobil və 10 min dollar başlıq pulu ödəyərək qızla evlənib.   

15 gün sosial şəbəkədə qalan elanın insan ticarəti olması hesab edilməsinin ardından Facebook sözügedən elanı və paylaşım edən hesabı silib.

Şəlalə AĞAYEVA