"Dilarə Əliyeva öz işindədir" - ARB-dən açıqlama
    • 29-10-2021, 14:19
    • 1 022

"Dilarə Əliyeva öz işindədir" - ARB-dən açıqlama

“Dilarə Əliyeva kanalın ilk uğurlu transferlərindəndir və hazırda o, iş başındadır”. 

News24.azxəbər verir ki, bu sözləri "ARB Media Qrup”un mətbuat xidmətinin rəhbəri Mail Əsgərov bildirib.

Qurum rəsmizinin sözlərinə görə, aparıcı kanalda fəaliyyətini davam etdirir və onun hansısa səbəbdən ayrılması barədə yayılan məlumatlar şayiədir.

Qeyd edək ki, bu gün Əməkdar artist Dilarə Əliyevanın ARB telekanalından ayrılması ilə bağlı bəzi məlumatlar yayılıb.