Günay "Qədrimi bilmədin" deyib Türkiyəyə getdi - FOTO - VİDEO
    • 29-10-2021, 19:09
    • 1 503

Günay "Qədrimi bilmədin" deyib Türkiyəyə getdi - FOTO - VİDEO

Müğənni Günay İbrahimli "Qədrimi bilmədin" adlı yeni mahnı və klipini təqdim edib.

News24.az xəbər verir ki, mahnının musiqisi Aiselə, sözləri Günay Səlimzadə və Xəyyam Qədiməliyevə aiddir. İfaçı "Qədrimi bilmədin"in aranjimanını Emin Kərimə həvalə edilib. 

Çəkilişləri İstanbulda baş tutan klipin rejissoru Kemal Yıldızdır.

Günay İbrahimli bildirib ki, ekran işinin ərsəyə gəlməsində böyük komandanın əziyyəti var: "Bu komanda ilə artıq ikinci işimizdir. Mahnı reqqi janrındadır və ilk dəfədir bu tərzə müraciət edirəm. Mahnı bu tərzdə olduğu üçün düşündük ki, "vintage" janrında ekranlaşdıraq".

İfaçı bildirib ki, klip çəkilişləri zamanı make-up-nı Lamiyə Ağababayevaya həvalə edib.